Avstraliyanın paytaxtı Kanberrada bərbərxananı yandırmaq istəyən şəxs uğursuzluğa düçar olub və özünü yandırıb. Bu dramatik və təhlükəli anlar təhlükəsizlik kameralarına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında iki naməlum şəxs "Gold Blade Barbers" adlı salonun qarşısında görüntülənib.
Şəxslərdən biri salonun şüşə qapısını sındırıb içəri daxil olub və özü ilə gətirdiyi kanistrdə alışan mayeni yerə töküb. Lakin kişi tələsdiyindən salonu yandırmaqla bərabər özünü də xəsarət yetirib. Polis bu səriştəsiz yanğın törədənləri yaxalamaq üçün hərəkətə keçib və xalqdan kömək istəyib. Onlar təhlükəsizlik kamerasının görüntülərini dərc edərək cinayətkarları tanıyan və ya hadisə ilə bağlı məlumatı olan şəxslərin onlarla əlaqə saxlamasını xahiş ediblər.
Seymur Əli