Yaponiyanın Kyuşu adasında 4,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin mənbəyinin 39 km dərinlikdə yerləşdiyi qeyd edilir.
Yeraltı təkanlar Miyakonoyo şəhərindən 93 km cənub-şərqdə və Niçinandan 69 km cənub-şərqdə qeydə alınıb.
Gülayə Mecid