Cinayət yolu əldə edilmiş 5,5 milyon manat pulu leqallasdirmaqda ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunan Hüseyn Abdullayevin məhkəmə prosesi hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib.
Xatırladaq ki, Hüseyn Abdullayevi 3 vəkil - Ceyhun Yusifov, Şəhla Hümbətova və Günay İsmayılova müdafiə edir. İlk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hüseyn Abdullayev bildirib ki, ittiham aktını almayıb, hamçinin zəhərləndiyini və bunula bağlı səhhətində ciddi problemlərinin yarandığını qeyd etdi. Bu zaman vəkillərlə Hüseyn Abdullayev arasında ittiham aktının alınması ilə bağlı ziddiyət yarandı. Sonda vəkillərin təzyiqi ilə Hüseyn Abdullayev ittiham aktını aldığını qeyd etdi.
Sonra vəkil Şəhla Hümbətova təqsirləndirilən şəxsin məhkəmə prosesi gedən zaman vəkillərin yanında oturması ilə bağlı vəsatət verdi. Dövlət ittihamçısı Rauf Malışov vəkilin vəsatətinin təmin olunmamasını istədi. Hakimlər isə öz aralarında müşavirə etdikdən sonra həsrətin qəbul olunması ilə bağlı qərar çıxartdılar. Hüseyn Abdullayev isə vəkillərin yanında oturmaqdan imtina etdi.
Daha sonra vəkil Şəhla Hümbətova Hüseyn Abdullayevin səhhəti ilə bağlı danışdı: "Hüquqlarını müdafiə etdiyim şəxs təqzyuliq xəstəliyindən əziyyət çəkir, ona təqzyuq iynəsi vurulub və adını bilmədiyi dərman həbi verilib. O gündən ürək ağrılarından, boğulmalardan əziyyət çəkir ayaq üstə dura bilmədiyindən vəkillərin görüşünə də gələ bilmir. Avqustun 8-də anası ilə görüşdən kameraya kalyaskada gedib. Müalicə Müəssisəsinin həkimi Vüsalə Məmmədova Hüseyn Abdullayevi kardioqrama edərək 2 avqustda infarkt keçirməsi ilə bağlı rəy verib. O zamandan iş heç bir xüsusi tibbi yardım ala bilmir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsindən imtina edir. Həmçinin qanunda var ki, həbs edilən şəxs öz hesabına özəl tibbi klinikada müalicə ala bilər.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətə münasibət bildirərək qeyd etdi ki, Müalicə Müəssisəsində kifayət qədər ixtisaslı həkimlər var: "Onlar Hüseyn Abdullayevi tam həkim nəzarətində saxlayırlar, müalicə edirlər. Hazırda Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsinə heç bir ehtiyac yoxdur".
Həmçinin Ceyhun Yusifovda qeyd etdi ki, BİT-in heç bir ixtisaslı həkimi yoxdur. Vüsalə Məmmədovanın verdiyi rəy kifayət qədər əsaslıdır. Özəl klinikaya yarım saatlıq aparıla bilər öz hesabına sonra qaytarıla bilər saxlanıldığı yerə. Prokurorun çıxışında qərəz var.
Digər vəkil Günay İsmayılova da müvəkkilinin səhhətinə münasibət bildirərək onun mütləq EXO müayinə olunmasının vacibliyini qeyd etdi.
Məhkəmənin video konfrans formasında keçirilməsi ilə bağlı Ceyhun Yusifov vəsatət verdi: "Video konfrans formasında keçirilsin və hakimlər BİT-in zalında məhkəmə prosesini aparsınlar.
Şəhla Hümbətova isə Hüseyn Abdullayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verdi: "Cəzanın bitməsinə 40 gün qalmış yeni cinayət işi başlayıb. Avropa Məhkəməsi isə bu işə artıq siyasi motiv kimi baxır və 18-ci maddə ilə kommunikasiya başlayıb.
Ceyhun Yusifov isə dustağın sağlam saxlanılmasının Penitensiar Xidmətin birbaşa vəzifə borcu olduğunu məhkəmənin nəzərinə çatdırdı. Belə ki, bunula bağlı Avropa Penitensiar Partiyasının müvafiq bəndləridə var. Daha sonra vəkil Günay İsmayılova qeyd etdi ki, əgər Hüseyn Abdullayev bu gün infarktdan ölərsə onun məsuliyyətini heç kim üzərinə göturməyəcək. Həbslə bağlı vəsatətə Rauf Malışov münasibət bildirərək qeyd etdi ki, həbsin ev dustaqlığı ilə əvəz olunmasına heç bir əsas yoxdur. Məhkəmənin konfranslar keçirilməsini isə məhkəmənin səlahiyyətinə buraxdı.
Hakimlər Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsi və məhkəmənin video konfrans formatında keçirilməsi ilə bağlı vəsatətlərin təmin etdi.
Xatırladaq ki, cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib. O, külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Seymur Əli