Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının dövlətə 50 milyard tengedən (104 milyon dollardan çox) çox aktivi qaytaracaq.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğun Aktivlərin Bərpası Komitəsi məlumat yayıb.
Bildirilir ki, komitə Satıbaldının təqsirli bilinməsi və qanunsuz əldə edilmiş əmlakın qaytarılması ilə bağlı prosessual razılaşmanın şərtlərinin yerinə yetirilməsi üzərində işləyir.
“Qiymətləndirməni nəzərə alsaq, bu aktivlərin ümumi məbləği 50 milyard tengedən artıqdır. Bu günə olan məlumata görə, 18 milyard tengelik aktivlər artıq geri qaytarılıb. Bunlara Almatıdakı iki böyük biznes mərkəzi, kommersiya daşınmaz əmlakı və ölkəmizin paytaxtının prestijli ərazisində yerləşən elit ev daxildir”, - məlumatda deyilir.
Axtarışlar zamanı Satıbaldıdan ələ keçirilən 95 min dollar xüsusi dövlət fonduna köçürülüb.
Bundan əlavə, yüz milyonlarla tenge dəyərində olan zərgərlik məmulatları, brend saatlar, eksklüziv zinət əşyaları, kolleksiya sikkələri və digər dəbdəbəli əşyalar Qazaxıstana qaytarılıb. BƏƏ-dən cəmi 192 milyon tenge dəyərində dəbdəbəli "Rolls-Royce Cullinan" və "Aston Martin" avtomobilləri şəklində aktivlər geri qaytarılıb.
Gülayə Mecid