Meymunçiçəyi epidemiyası, ictimai səhiyyə fövqəladə halı (PHEIC) koronavirus (COVID-19) pandemiyası qədər ciddi deyil.
"Unikal" xəbər verir ki, bunu amerikalı epidemioloq Maykl Beyker yerli KİV-ə açıqlamasında deyib.
"Meymunçiçəyi tamamilə fərqli viruslar ailəsidir. Çiçək xəstəliyinin qohumudur. Çiçək xəstəliyindən daha az ölümcüldür və nəzarət etmək daha asandır. Ancaq bu hələ də ciddi bir epidemiyadır. Və bütün dünyaya yayılmağa başlasa, olduqca ciddi bir pandemiyaya çevrilə bilər. Amma hazırda bu, əsasən Afrikada geniş yayılıb”, - ekspert bildirib.
Onun sözlərinə görə, Afrikadan kənarda hələ də çoxlu sayda meymunçiçəyi virusu aşkar edilməyib, lakin dünya ictimaiyyəti və səhiyyə rəsmiləri çiçək xəstəliyinin kütləvi şəkildə digər qitələrə yayıla biləcəyi faktını nəzərdən qaçıra bilməzlər, ona görə də indi epidemiyaya yoluxanlara maksimum dəstək vermək lazımdır.
"Virusla mübarizə tədbirlərindən biri geniş miqyaslı peyvənddir. Hazırda peyvənd tədarükü çox məhduddur, lakin onların artırılması lazımdır və bunlar hazırda Afrika üçün həqiqətən vacib tədbirlərdir”, - epidemioloq bildirib.
Gülayə Mecid