Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.