Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "qlobal fövqəladə vəziyyət" elan edilən meymunçiçəyi virusu Avropa ölkəsində aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ilk meymunçiçəyi hadisəsi İsveçdə qeydə alınıb.
Bu barədə İsveçin Səhiyyə və Sosial Məsələlər naziri Yakob Forssmed mətbuat konfransında məlumat verib. O, açıqlamasında sözügedən hadisənin ilk dəfə meymunçiçəyi virusunun təhlükəli variantı olan Clade I-in Afrikadan kənarda təsbit edildiyi və xəstənin paytaxt Stokholmda olduğu bildirilib.
Gülayə Mecid