SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (Future Female Talent Scholarsip) proqramını qazanıblar.
"Unikal" xəbər verir ki, nlar Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Bahar Məmmədova, Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Xədicə Cəfərova, eləcə də Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri Eliana Səttarova və Yasəmən Məmmədlidir.
Beynəlxalq proqram Amerika, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir. Məqsəd qadınların gələcək təhsil və əlavə fəaliyyətlərinə yatırım etməkdir. Layihə müddətində BANM tələbələri bp-nin müəssisələrində olub, peşəkar mühəndislərlə görüşüblər.