Ermənistanla Rusiya arasında çoxəsrlik əlaqələr tarixin yenidən yazılması cəhdini ləğv etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib.
"Rusiya Ermənistanla dostluğu səmimiyyətlə qiymətləndirir. Qardaş xalqlarımızı çoxəsrlik mədəni-sivilizasiya əlaqələri, mənəvi yaxınlıq birləşdirir. Tarixi yenidən yazmaq cəhdi bu faktı ləğv etməyəcək. 8-ci sinfin yeni erməni tarixi dərsliyindən Oşakan döyüşü ilə bağlı abzasın çıxarılmasına baxmayaraq, biz sizinlə o yaddaqalan günlərin qəhrəmanlarını həmişə xatırlayacaq və ehtiramla anacağıq", - deyə səfir qeyd edib.
Ağarza Elçinoğlu