Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.