Oklahomadan olan iki tələbə Zara Hull və Kylie Pitze dostları ilə bir neçə gün Kankun (Meksika) şəhərinə uçub və hotellərdən birində hovuz kənarında vaxt keçiriblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qızlar su sifariş edib bundan sonra onlar huşlarını itiriblər.
Amerikalı qadınlar əmindirlər ki, onlar kurort işçilərindən biri tərəfindən içkilərinə qatılan dərmandan zəhərləniblər.
Qızlar xəstəxanaya yerləşdiriliblər. Məlum olub ki, bu hoteldə ilk hal deyil. Bundan əvvəl də bir neçə turist içdikləri qidadan zəhərləniblər. Polis hadisə ilə bağlı araşdırma aparıb. Məlum olub ki, turistlərə içində narkotik olan içkilər verilirmiş.
Seymur Əli