Arsenyan ruhu və xasiyyəti etibarilə gedən səfirdən Paşinyana qat-qat yaxındır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun fikrincə, Arutyunyan baş nazirin komandasına sırf Rusiyanın dostu kimi reputasiyasına görə dəyişdirilib: "Səfirin müstəqilliyi çox nisbidir. Amma istefa verməli olduğu aydın olanda o, hamıya özünün əsl simasını, Rusiyanın dostunun üzünü göstərmək qərarına gəldi. Bu, mənə elə gəlir ki, bu gün Rusiyadan tamamilə fərqli yerlərdə öz dostlarını axtaran erməni diplomatiyasının ümumi əhval-ruhiyyəsinin əleyhinə idi.
İndi mən Rusiya rəhbərliyi ilə Paşinyanın müttəfiqi, yeni səfir arasında hər hansı etimadın yaranması üçün heç bir səbəb görmürəm. Təbii ki, rəsmi nəzakət qorunacaq, amma bundan başqa heç nə yoxdur".
Ağarza Elçinoğlu