"İşğaldan azad olunan ərazilərdə indiyə qədər 156 min hektara yaxın ərazi təmizlənib, 151 mindən çox mina və PSH aşkarlanaraq zərərsizləşdirilib".

"Unikal" xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bilidirib ki, ərazidə axtarış işləri 377 qrup tərəfindən aparılır. Onun sözlərinə görə, mina qurbanlarının sayı isə 69 nəfər olub.