Argentinanın hüquq-mühafizə orqanları terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç "X" sosial şəbəkəsində məlumat verib.
"Onlar Mendozada terror aktları planlaşdırırdılar", - deyə o yazıb.
Nazir əlavə edib ki, səkkiz axtarış nəticəsində federal polis radikal islamçı terror qruplaşması ilə əlaqəli təhlükəli təşkilatı zərərsizləşdirib.