Salyanda 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, Salyan rayon sakini Y.Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş S.Babayev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.