ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun meyitinin ailəsinə çatdırılması və kremasiyası reaksiyalara səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ konqresmeni Kley Higgins Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun cəsədini ailəsinə təhvil verməsini “görünməmiş” hadisə adlandırıb.
Belə ki, Higgins, sui-qəsd cəhdi ilə bağlı apardığı araşdırma zamanı Kruksun meyitini tapa bilməyib. O, sonradan öyrənib ki, meyit artıq ailəyə təhvil verilib və hətta yandırılıb.
Trampa qarşı sui-qəsd cəhdi zamanı təhlükəsizlik zəifliklərini araşdırmaq üçün yaradılan “13 İyul İş Qrupu” komitəsinə təqdim etdiyi hesabatda Higgins, oğlanın meyitinin yandırıldığını hadisədən 10 gün sonra öyrənib.
Kruksun meyitinin 5 avqusta qədər yandırıldığının bilinmədiyinə diqqət çəkən Higgins, FTB-nin hərəkətlərini "istintaqların gedişinə mane olmaq" olaraq xarakterizə edib. Digər tərəfdən, FTB-nin Pittsburq ofisi Higginsin istinadlarına cavab olaraq açıqlama verib.
“FTB-nin Pensilvaniya ştatının Butler dairəsində sui-qəsd cəhdini araşdırmaq üçün Konqresin səylərinə müdaxilə etdiyinə dair iddialar yalan və əsassızdır”, - deyə bəyanatda bildirilir.