Kursk vilayətində gedən döyüşlər zamanı ən çox ukraynalı hərbçi Martınovka kəndi yaxınlığında əsir götürülür.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov məlumat yayıb.
Alaudinov bildirib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Martınovka kəndini azad edib. Eyni zamanda, Çerkasskoye Poreçnoye və Russkoye Poreçnoye kəndlərində Ukrayna Silahlı Qüvvələrinin qüvvələrinin təmizlənməsi aparılıb.
Onun sözlərinə görə, hazırda Kursk vilayətində gedən döyüşlərin bütün sahələrində ukraynalı döyüşçülər fəal şəkildə rus əsirliyinə təslim olmağa başlayıblar.