"Moskvada məscidin girişində saxlanılan iki nəfərin əlindəki “qumbara”nın suvenir olduğu və heç bir təhlükə yaratmadığı üzə çıxıb"."
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
***20:04
Moskva Katedral məscidinin mühafizəçiləri kompleksin girişində qumbaraya bənzər əşya ilə iki Türkiyə vətəndaşını saxlayıblar.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədəv Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxetdinov məlumat verib.
“Moskva kafedralı məscidinin mühafizəsi Moskva vaxtı ilə saat 17:00 radələrində müsəlman kompleksinin ərazisinə partlayıcı olmayan F-1 qumbarası gətirmək istəyən iki vətəndaşı saxlayıb",- o, qeyd edib.
Saxlanılan şəxslər artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.