İsrail ordusu Qəzza zolağında mayor rütbəli əsgərlərindən birinin öldüyünü açıqlayıb. Bununla da, ötən ilin oktyabrın 7-dən indiyədək həlak olan İsrail əsgərlərinin sayı 691-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib.
"İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bu yana 331-i quru işğalı prosesində olmaqla 691 əsgərin həyatını itirib", - məlumatda qeyd olunub.
İsrail ordusu HƏMAS ilə müharibədə ölən və yaralananların sayı ilə bağlı həqiqi məlumatları gizlətdiyi üçün tənqid edilir.