Türkiyənin İzmir, Aydın, Manisa və Bolu başda olmaqla bir çox bölgəsində meşə yanğınları davam edərkən polis baş verən təbii yanğınlarda şübhəli bilinən şəxsləri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O, ümumilikdə 11 nəfərin saxlanıldığını, onlardan 5-nin həbs olunduğunu bildirib.