Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Ukraynanın “Şimal axını” qaz kəmərinin bombalanmasında iştirakının üzə çıxması ilə əlaqədar Fransanı NATO-dan çıxmağa çağırıb.
"Unikal" xəbər verir ki, o, "X" sosial şəbəkəsində müvafiq yazı dərc edib.
"Gedin və nəhayət, hamıya həqiqəti söyləyin: bu NATO-nun ABŞ-la birgə zərbəsidir! NATO-dan çıxaq!" - siyasətçi qeyd edib.
Onun sözlərinə görə, Almaniyada hazırda Kiyevin təxribatda iştirakını fəal şəkildə müzakirə edirlər, Ukrayna isə hər şeydə Rusiyanı günahlandırmaqda davam edir. Filippot onu da qeyd edib ki, bu kəmərin partladılması Parisin maraqlarına qarşı müharibə aktı sayıla bilər.