Türkiyənin respublikamızdakı səfiri Cahit Bağcı ölkəsindəki meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Unikal" xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin müxtəlif regionlarında meşə yanğınları ilə mübarizə üzrə davam edən işimizi dəstəkləmək üçün hazırlanmış “BE-200ÇS” amfibiya tipli yanğınsöndürən təyyarə və onun ekipajı indicə Bakıdan İzmirə yola düşüb.