Gəncədə 30 yaşlı kişi  bıçaqlanıb.

"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.

1994-cu il təvəllüdlü Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 30 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov