19 avqust saat 15:00-dan etibarən 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə lisey seçimlərinə start verilir.

Bu barədə "Unikal"a Təhsil İnstitundan məlumat verilib.

Qeyd edilib ki, bu mərhələ 1-ci seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər:

10 baldan yuxarı nəticə göstərən;
I mərhələdə seçim edib, qəbul olmayan;
I mərhələdə seçim edib qəbul olan təsdiqləməyən/imtina edən/təsdiqləyib sənədlərini qəbul olduğu müəssisəyə təqdim etməyən;
I mərhələdə seçim etməyən şagirdlər.

Bildirək ki, II mərhələ lisey və gimnaziya seçimi 21 avqust saat 17:00-da başa çatacaq.