Yunanıstanın Kos adasındakı dövlət xəstəxanasına infarkt keçirən xəstəyə ilkin tibbi yardım göstərmək üçün ginekoloq çağırılıb. Hadisə Yunanıstan parlamentində geniş müzakirələrə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, infarkt keçirən xəstə üçün ginekoloq çağırılması ada əhalisini və siyasətçiləri ayağa qaldırıb.
Bildirilib ki, xəstənin ilk müalicəsindən sonra o, təyyarə ilə Krit adasındakı Heroklion Universitetinin xəstəxanasına köçürülüb.
Parlamentdə geniş müzakirələrə səbəb olan hadiədən sonra müxalifət səhiyyə naziri Adonis Corcidisin istefasını tələb edib.
Seymur Əli