Kursk vilayətinin 9 sərhəd rayonundan 121 mindən çox insan köçürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərhədyanı rayonların sakinlərinin köçürülməsi və təhlükəsiz ərazilərdə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücum edib. Hazırda bölgədə intensiv döyüşlır gedir.