Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində X. Piroğlanova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Mingəçevir şəhər sakini Oruc Abdullayev saxlanılaraq istintaqa təhvil verilib

 

XXX

20:39

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

1995-ci il təvəllüdlü Xəyal Güloğlanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, yaralıya yardım edilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 29 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov