İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Deyr-Qanun bölgəsinə zərbələr endirib.

"Unikal" xəbər verir ki,  bu barədə İsrail ordusunun mətbuati xidməti bildirib.

Məlumata əsasən, nəticədə "Hizbullah"ın raket və bomba bölmələrinin səhra komandiri Hüseyn Əli Hüseyn məhv edilib.

“Bundan əvvəl səhər saatlarında hərbçilər Livanın cənubundakı Əl-Taybə bölgəsində “Hizbullah”ın hərbi strukturu daxilində fəaliyyət göstərən terrorçu qruplaşmanı müəyyən ediblər”", - deyə bildirilib. İsrail ordusu bildirib ki, qırıcı təyyarələr terrorçuların fəaliyyət göstərdiyi binaya zərbələr endiriblər.