Yunanıstanın böyük bölgələrində meşə yanğını riskinin yüksək olması səbəbindən sarı həyəcan elan edildiyi bildirilib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu məlumat İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin dərc etdiyi yanğın riski proqnozu xəritəsinə əsasən verilib.
Qeyd edək ki, bu bölgələrə Afinanın yerləşdiyi Attika, Mərkəzi Yunanıstan, Peloponnes, Şərqi Makedoniya və Trakya, Halkidiki, Krit, Zakintos, Kefaloniya və Rodos adaları daxildir.
Fidan Nuriyeva