Mingəçevirdə öldürülən qadına övladı çoxsaylı bıçaq zərbələri endirib.
"Unikal"ın məlumatına görə, 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızı Mənzil İstismar Sahəsində süpürgəçi işləyib. Əslən Tərtər rayonundan olan qadın bir oğul və bir qız anasıdır.
Qızı universitet tələbəsi, onu qətlə yetirən oğlu isə işsizdir. Qonşuların sözlərinə görə, Natella Çıraqova uzun müddətdir ki, əri Xaliddən ayrı yaşayırmış. Qonşular heç vaxt qadının övladları ilə ciddi söz-söhbətlərinin şahidi olmayıblar. Səhər saat 5 radələrində qışqırıq səslərinə oyanıblar. Amma kimsə övladı Rəşad Çıraqovun anasının qətlə yetirməsinə mane ola bilməyib.
***
07:40
Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
07:13
Mingəçevirdə anasını qətlə yetirməklə təqsirli bilinən oğul saxlanılıb.
"Unikal"ın məlumatına görə hadisə Energetiklər yaşayış massivi ərazisində Naxçıxan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib.
21 yaşlı Rəşad Çıraqov mübahisə zəmnində 45 yaşlı anası Natella Çıraqovanı qətlə yetirib.
Belə ki , avqustun 20-də saat 05:00 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov