İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ülvi Qaçayev ötmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
"Unikal" xəbər verir ki, sənədləri yoxlanılarkən Ü.Qaçayevin sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin onun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə Ü.Qaçayevin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.