Rusiya xarici siyasət idarəsi rəhbərinin dünənki bəyanatı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində Rusiya Federasiyasının konstruktiv iştirakını sual altına qoyur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü açıqlayıb.
XİN-dən bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif rəsmiləri Ermənistanla bağlı həqiqətə uyğun olmayan, qərəzli şərhlər verir: "Bununla belə, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin dünənki bəyanatının nəinki təəssüf hissi doğurduğunu, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində Rusiya Federasiyasının konstruktiv iştirakını şübhə altına aldığını söyləməyə bilmərik.
Rusiya 2020-ci ildə bir dəfə vasitəçilik missiyasını öz üzərinə götürdü. Noyabrın 9-da bəyanatı imzalayan və onun əsasında regiona sülhməramlı qüvvələr yerləşdirən dövlətin xarici işlər naziri görməməzlikdən gələ bilməz ki, həmin bəyanatda Rusiyanın imzasına baxmayaraq, dönməz şəkildə pozulmayan heç bir əsas məqam yoxdur. Biz onu da düşünürük ki, Rusiya xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa Ermənistan heç bir başqa sazişin tərkib hissəsi deyil, ona görə də onları sabotaj edə bilməz.
Ermənistan Respublikası hökuməti sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və hələ də təsdiq edir və bu gündəliyin uğurla həyata keçirilməsi üçün üzərinə düşəni edəcək".
Ağarza Elçinoğlu