Türkiyədə 7 milyon suriyalı və 13 milyon əcnəbi var iddiası İmmiqrasiya İdarəsi Müdirliyi tərəfindən təkzib edilib.
“Unikal” xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli mətbuat xidməti verib.
Qeyd edək ki, qanuni qalma hüququ olan cəmi 4 milyon 425 min 230 əcnəbi var ki, bunlardan 3 milyon 99 min 524-ü müvəqqəti qoruma altında olan suriyalı, 221 min 353-ü beynəlxalq qoruma altında, 1 milyon 104 min 353-ü isə yaşayış icazəsi ilə yaşayan əcnəbilərdir.
Fidan Nuriyeva