Rusiyanın “Rossiya-1” dövlət televiziya kanalının jurnalistləri ötən həftə Aland adalarına səfəri zamanı Finlandiya prezidenti Aleksandr Stubbı izləyiblər.
"Unikal" xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
“Rusiya dövlət telekanalı “Rossiya-1” prezident Aleksandr Stubbın ötən həftə Aland adalarına səfərini izləyib”, - məlumatda deyilir.
Məlumata görə, Rusiya televiziyaları da Mariehamn meydanında Stubbı lentə alıblar.
Prezident Stubb avqustun 13-də Aland adalarına səfər edib. “Rusiya-1” kanalının reportajında isə finlərin Aland adalarını niyə hərbiləşdirmək istəməsindən də bəhs edilir.