İsveçli Karolina Olsson adlı qadın 14 yaşında yuxuya getdikdən sonra 46 yaşında oyanıb.
"Unikal" xəbər verir ki, 1876-cı ildə diş ağrısı səbəbindən yatan qadın düz 32 il sonra, 1908-ci ildə oyanıb.
Karolina bu müddət ərzində bir çox həkimlər tərəfindən müayinə olunsa da, oyanmayıb.
Bildirilib ki, o, ayılanda 32 illik dövrü və bacı-qardaşlarını xatırlamayıb. O, oyandıqdan sonra 42 il yaşayıb və 1950-ci ildə vəfat edib. O, bu qəribə hekayəsi ilə "yatan gözəl" kimi tanınıb.
Zərifə Nağıyeva