Avqustun ortalarında Türkiyə parlamentindəki çıxışından sonra Fələstin prezidenti Mahmud Abbas ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və parlamentin sədri Numan Kurtulmuşla birlikdə orada açılan Fələstin mövzulu fotosərgini ziyarət edib, lakin sonra sürətlə parlament binasını tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Türkiyə parlamentinin spikeri Abbasın şərəfinə şam yeməyi təşkil edib, lakin Fələstin prezidenti iştirak etmədiyi üçün ləğv edilib.
“Mahmud Abbas parlament sədri Numan Kurtulmuşa göstərdiyi marağa görə təşəkkür etdi, lakin axşam yeməyinə qala bilməyəcəyini söylədi və dedi: “Mən hava qaralmamış Fələstinə çatmalıyam”, – KİV qeyd edib.
Türkiyə mətbuatının yazdığına görə, Abbas İsrailin təşkil etdiyi sui-qəsd cəhdindən qorxduğu üçün “qaranlıqdan əvvəl” Fələstinə çatmaq istəyib.
Gülayə Mecid