Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi qrupları terror təşkilatı PKK/KCK-nın üzvlərinə qarşı əməliyyat keçirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Finlandiya strukturunda sözdə məsul səviyyədə fəaliyyət göstərən "Naze Ad" kod adlı İran əsilli Mehnaz Öməri İstanbulda saxlanılıb.
Məlumata görə, terrorçu Ömərinin Finlandiyadakı terror təşkilatı PKK/KCK personalı ilə təşkilatın üst rəhbərliyi arasında koordinasiyanı təmin etdiyi, insanların təşkilata köçürülməsi və təmin edilməsində məsul səviyyədə fəaliyyət göstərdiyi müəyyən edilib.
Qadın təşkilatın adına Finlandiyada aksiya və tədbirlər təşkil edirmiş.
Gülayə Mecid