Türkiyənin daha bir bölgəsində meşə yanğınları başlayıb. 

"Unikal" xəbər verir ki,  İzmirin Menderes mahalında da naməlum səbəbdən yanğın baş verib.

Bölgəyə İzmir Meşə Regional Müdirliyinə aid 3 təyyarə, 8 helikopter, 29 suverən, 10 su təchizatı maşını, 5 dozer və 5 quru ekipajı göndərilib.

***17:00

Ankaranın Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər ki, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.

Məlumata görə, külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.

Gülayə Mecid