İran parlamenti prezident Məsud Pezeşkianın yeni kabinetinin tam tərkibini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
"Yeni 14-cü hökumətin (Prezident Məsud Pezeşkian - red.) nazirlər vəzifəsinə təklif edilən bütün namizədlər parlamentdən etimad səsi ala bildilər və öz vəzifələrinə təsdiq olundular", - məlumatda deyilir.
Belə ki, xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub. O, həmçinin Finlandiya və Yaponiya kimi bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb. 2015-ci ildə nüvə sazişi üzrə danışıqlarda əsas rol oynayıb.
Yeni hökumətdə təhlükəsizlik idarələrinə də İranın tanınmış simaları rəhbərlik edirdi. İnformasiya (kəşfiyyat) naziri postunu İslam İnqilabı Keşikçiləri Korpusunun strukturunda vəzifə tutan iranlı ilahiyyatçı İsmayıl Xətib saxlayıb.
Əziz Nəsirzadə İslam Respublikasının müdafiə naziri vəzifəsinə təsdiq edilib. O, əvvəllər Hərbi Hava Qüvvələrinin komandanı, həmçinin İran Ordusu Baş Qərargah rəisinin müavini vəzifələrində çalışıb.
Ağarza Elçinoğlu