Ermənistan XİN-in Lavrovun bəyanatına reaksiyası İrəvanın Rusiyanı öz strateji səhvlərinə görə günahlandırmasının növbəti nümunəsidir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Diplomatın sözlərinə görə, İrəvanın siyasəti elədir ki, günahkarları tapmaq lazımdır.
Xatırladaq ki, dünən Ermənistan XİN-in sözçüsü Rusiya XİN rəhbərinin Sünik bölgəsi vasitəsilə kommunikasiyaların açılmasına dair razılaşmanı Ermənistanın sabotaj etdiyi ilə bağlı bəyanatına cavab verib.
Ağarza Elçinoğlu