Finlandiya bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yerləşdirilməsi barədə danışıqlar aparır.
"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Antti Hyakkyanen deyib.
O qeyd edib ki, bu danışıqları açıq şəkildə şərh etmirik.
"Danışıqlar müxtəlif ölkələrlə davam edir. Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün hansı ölkələr müəyyən güc strukturları ayıra bilər, onunla bağlı danışıqlar aparırıq", - nazir əlavə edib.