ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sələfi Barak Obamanı “əziz centlmen” adlandırıb,
"Unikal" xəbər verir ki, bu barədə "The Hill "yazır. Nəşr qeyd edir ki, Trampın sözlərinə görə, onun iqtisadi siyasəti ilə razılaşmasa da, Ağ Evin keçmiş rəhbərinə münasibəti yaxşıdır.
“Mənim ondan xoşum gəlir. Düşünürəm ki, o, gözəl centlmendir, lakin ticarətdə çox zəif idi. Ticarət baxımından ölkəmizin başına gələnlərə baxsanız, bu, fəlakət idi. Yaponiyaya baxın. Çinə baxın. Görün bu ölkələrin bəzilərinin başına nə gəldi, nə etdilər. Amma ondan xoşum gəlir. Mən ona hörmət edirəm və həyat yoldaşına (Mişellə) hörmət edirəm”, - Tramp bildirib.