İtaliyanın Siciliya adasının sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin sualtı axtarış robotu və yanğınsöndürmə briqadasının dalğıcları dənizin 50 metr dərinliyində beş nəfərin cəsədini aşkarlayıb. Super yaxtanın sahibi, “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Maykl Linç və onun qızı Hannanın, “Morgan Stanley International”ın prezidenti Conatan Blumerin və amerikalı vəkil Kris Morvillonun cəsədi sudan çıxarılıb. Digər cəsədin tanınması aparılır. Conatan Blumerin həyat yoldaşı Enn Elizabet Cudit və Kris Morvillonun həyat yoldaşı Neda Morvillo da itkin düşənlər sırasındadır.