Ukrayna ordusu avqustun 6-da Rusiya ərazisinin Kursk vilayətinə daxil olduqdan sonra bir-birinin ardınca kritik hadisələr baş verib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirlik bölgədəki əsgərlərə, polislərə və mülki şəxslərə tanışlıq proqramlarından istifadə etməmək və sosial mediadan istifadəni məhdudlaşdırmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Nazirliyin rəsmi Telegram hesabında edilən xəbərdarlıqda "Düşmən məlumat toplamaq üçün bu cür mənbələrdən fəal istifadə edir" deyilib.
Fidan Nuriyeva