Rusiya Təhlükəsizlik qüvvələri Krımda üç Ukrayna hərbi kəşfiyyatçısını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
"Belə ki, Sevastopol şəhərində həyata keçirilən tədbirlər nəticəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin agentləri Ukraynada mina partlayıcı və atıcı silahlardan, o cümlədən, kənar müşahidə və gizli ünsiyyət üsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiyi üçün saxlanılıblar”, - deyə idarədən bildirilib.
Müəyyən edilib ki, saxlanılan şəxslər 2024-cü ilin iyulunda Krımda qaz kəmərinin minalanmasında istifadə etdiyi əldəqayırma partlayıcı qurğu (PİP) hazırlayıb.
Gülayə Mecid