Hindistanın baş naziri Narendra Modi Polşaya səfəri zamanı Hindistan diasporu ilə görüşdə ölkəsinin Avropada sülhün tərəfdarı olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat dərc edib.
Siyasətçi bəşəriyyəti təhdid edən çağırışlar, xüsusən də Ukrayna münaqişəsi qarşısında birləşməyə çağırıb. Modi ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı Ukrayna hakimiyyəti ilə danışıqların davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.
O, həmçinin qeyd edib ki, Hindistan hamı ilə əlaqə saxlamağa sadiqdir.
"Hindistan Buddanın ənənəsinə inanır, ona görə də müharibəyə deyil, sülhə rəğbət bəsləyir. Hindistan bu regionda sülhün tərəfdarıdır və aydındır ki, indi müharibə vaxtı deyil”, - Modi bildirib.
O, ölkəsinin diqqətini diplomatiya və dialoqa yönəltdiyinə əmin edib.
Qeyd edək ki, Modi Polşada səfərdədir və orada baş nazir Donald Tusk ilə görüşü planlaşdırılıb. Məlumata görə, avqustun 23-də o, Ukraynaya gedəcək
Gülayə Mecid