Türkiyənin Bursa vilayətində AKP-nin Gənclik şöbəsinin müdiri vəzifəsində çalışmış Süleyman Akyüz evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Keçmiş məmurun cəsədi Trabzonun Ortahisar bölgəsinin Konaklar bələdiyyəsindəki evində aşkar edilib.
Sağlamlıq qrupları tərəfindən müayinə edildikdən sonra cəsəd yarılma üçün Ədliyyə Tibb Təşkilatına göndərilib.
Akyüzün dəqiq ölüm səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Ağarza Elçinoğlu