Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
"Unikal" xəbər verir ki, Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.
Qadağa 132 min 600 tələbəni əhatə edəcək.
Ölkənin flamanddilli tərəfində hökumətin hələ də qadağa ilə bağlı razılığa gəlməsi gözlənilir.