Rusiya Ordusu Donetskdə Mezhevoye qəsəbəsini tutub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"“Mərkəz” qoşun qruplaşmasının bölmələrinin uğurlu əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasının Mezhevoye qəsəbəsi azad edilib", - məlumatda  deyilir. 

Qeyd edək ki, rus ordusu Donetskdə, Ukrayna ordusu isə Rusiyanın Kursk vilayətində irəliləyir. 

Ağarza Elçinoğlu