İndoneziyanın Halmahera adasındakı aktiv Dukono vulkanı alpinistlər zirvəyə qalxarkən püskürüb.
"Unikal" xəbər verir ki, kraterdən səpələnən parçalar və kül buludları qorxulu anlara səbəb olarkən, alpinistlərin sürətlə ərazidən uzaqlaşdığı görülüb.
Partlayış nəticəsində təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü səpilib. Partlayışdan sonra səmanı nəhəng tüstü təbəqəsi bürüyüb. Məlumata görə, alpinistlər hadisədən sağ-salamat xilas ola biliblər.
Seymur Əli